top of page

“Şərəf nişanı” ordenli riyaziyyatçı

  • setm63
  • 25 июн.
  • 1 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


  Babayev Arif Əliheydər oğlu

ree

“Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayev Azərbaycanın fitri istedada malik görkəmli riyaziyyatçılarından biri və eyni zamanda peşəkar pedaqoq idi. Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabrın 11-də anadan olmuşdur. 1957-ci ildə Azərbay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fa­kül­təsini riyaziyyat ixti­sası üzrə bitirmişdir.


1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiya­sını müda­fiə etmişdir. 1976-cı ildə AMEA-nın müxbir üz­vü seçilmişdir. Azərbay­can Dövlət Universi­teti­nin Mexanika-riyaziyyat fakültəsində mü­əl­lim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalış­mışdır.


A.Babayev qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yega­nəliyi haqqında bir sıra yeni teoremlər isbat etmiş, qeyri-hamar qapalı inteq­rallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş, xətti və qeyri-xətti sinqul­yar inteqral tənliklərə tətbiq etmişdir. Açıq əyri üzrə Koşi nüvəli sin­qul­yar inteqral operatorun tədqiqi üçün yeni üsul vermişdir ki, bu üsul əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yara­dılmışdır. Koşi tipli inteqral və qeyri-hamar qapalı düzləndirilə bilən əyri üzrə sinqulyar inteqral haqqında klassik Plemel-Privalov problemini həll etmişdir. Sinqulyar inteqralın və bu inteqralın təsir etdiyi fəzaların diskret analoqları, həmçinin bu anlayış­la­rın qeyri-xətti sinqulyar inteqral tənliklərin təqribi həllinə tətbiqləri veril­mişdir.


Bilavasitə iştirakı və rəhbərliyi altında qeyri-xətti sinqulyar inteqral tənlik­lərin lokal nəzəriyyəsi, bu tənliklərin təqribi həlli üsulları, oblast üzrə çoxölçülü sinqulyar inteqral operatorlar və tənliklərin lokal nəzəriyyəsi inkişaf etdirilmiş və funksional fəzaların daxilolma teoremlərinə və s. tətbiq edil­mişdir.


A.Babayevin rəhbərliyi altında 40-dan çox namizədlik və doktorluq disser­tasiyası müdafiə edilmişdir. A.Babayev “Şərəf nişanı” ordeni (1976), Əməkdar elm xadimi (1992) fəxri adı ilə təltif olunmuşdur.


AMEA-nın müxbir üzvü Arif Babayev 1998-ci ildə Bakıda vəfat etmişdir.

 

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page