top of page

PUA-ların təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyənləşib

  • setm63
  • 15 часов назад
  • 1 мин. чтения

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.


Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:


- İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,


- Beş min manatdan yeddi min manatadək cərimə,


- Yaxud iki ilədək islah işləri,


- və ya iki ilədək azadlığın məhdudlaşdırılması,


- Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61–100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page