top of page

Nərə balıqla­rının süni artırılma­sının əsasını qoymuş görkəmli alim

  • setm63
  • 21 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir. Bu alimlər sırasında müxtəlif millətlərin nümayəndələri də var ki, həmin alimlər ölkəmizdə elmin inkişafına öz sanballı töhfələrini vermişlər.


Derjavin Aleksandr Nikolayeviç

Derjavin Aleksandr Nikolayeviç 1878-ci il dekabrın 5-də Kazan şəhərində mü­əllim ailə­sində anadan olmuşdur. Kazan Universitetinin Fizi­ka-riyaziyyat fakültəsi­nin təbiət elmləri şö­bə­sini birinci dərəcəli diplomla bitirmişdir (1902). A.N.Derja­vinə SSRİ Ali Attestasiya Komissi­yası tərəfindən dissertasiya müdafiə etmədən elmi əsərləri əsasında biologiya elmləri doktoru (1938) və professor (1938) elmi adı verilmişdir. O, Azərbay­can SSR EA-nın həqiqi üzvü (1955) seçilmişdir.


Universitet illərindən elmi marağını müəyyənləşdirən A.N.Derjavin su hey­vanla­rını öyrənməklə məşğul olmuşdur. A.N.Derjavin Kazan Univer­si­tetinin Zoologiya ka­fed­ra­sında (1902-1907) çalışmış, Rusiya Coğrafiya Cə­miyyətinin təşkil etdiyi Kamçat­ka ekspedisiyasında iştirak etmişdir (1908-1910), topladığı materiallar əsasında də­niz mənşəli relikt faunanın təsvirini vermiş­dir. Bu təd­qiqata görə o, Rusiya Coğrafiya Cəmiyyətinin gümüş me­dalı ilə təltif olunmuşdur.


A.N.Derjavin Həştərxan İxtiologiya laboratoriya­sında bio­loq kimi işləmişdir (1910-1912). 1912-ci ildə Bakıya dəvət olun­muş və Əkin­çilik Departamenti nəzdində İxtiologiya laboratoriyasını təşkil edə­rək 15 il onun rəhbəri olmuşdur (1927). Xəzər dənizində nərə balıqlarının, Xəzər qızıl­ba­lığının biologiyası sahə­sində geniş tədqiqatlar aparmışdır. Kür hövzəsində stasio­nar məntəqə­lər yarat­mış, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiy­mətli balıqların süni yolla artırılmasını təşkil etmişdir. Nərə balıqları kürülə­rinin lil ilə qabaqcadan yu­maqla mayalandırma metodunu və Ses-Qrin aparatında maya­lan­mış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə A.N.Der­javin nərə balıqla­rının süni artırılma­sının əsasını qoymuşdur. Derjavinin bu illərdə apardığı təd­qiqat işləri 1922-ci ildə çapdan çıxmış “Uzunburun” mono­qrafiyasında öz əksini tapmışdır.


A.N.Derjavin Bakı Universitetinin yaradılmasında və orada Zoologiya ka­fed­rasının təşkilində (1919) yaxından iştirak etmiş və bu kafedranın ilk pro­fessoru olmuşdur. İran-Qafqaz balıqartırma şöbəsinin müdiri olmuş (1922–1929) A.N.Der­javin İranın Səfidrud çayında nərələrin artırılmasını təşkil etmiş və Şimali İranın su hövzələrinin balıq faunasını öyrənmişdir. 1930-cu ildə A.N.Derjavin Uzaq Şərq Ba­lıq Sənayesi İnstitutunda Vətəgə onurğasız­ları kafed­rasının professoru işləmişdir. 1932-ci ildə Bakıya qayı­tmış və ömrünün axırına kimi burada fəaliyyət göstər­mişdir. O, Bakı İxtiologiya laboratoriyasına (1932) və Kür balıqcılıq stansi­yasına (1936) rəhbərlik etmiş, eyni zamanda Azərbaycan EA-da Zoologiya sektoru­nun Su heyvanları şöbəsi­nin müdiri olmuşdur.


A.N.Derjavin 1940-cı ildən etibarən bütün fəaliyyətini AEA Zoologi­ya İnsti­tu­tunun Su heyvanları şöbəsindəki tədqiqatlara yönəltmişdir. Bu dövrdə o, “Xəzərdə qızılbalıq ehtiyatlarının bərpası” (1941), “Nərə balıqları ehti­yat­ları­nın bərpası” (1947), “Kürün balıq təsərrüfatı” (1956) monoqrafi­ya­larını nəşr etdirmişdir. Bütün bunlarla yanaşı, “Azərbaycanın heyvanlar aləmi” (1951) kitabında A.N.Derjavin Xəzər dənizi və Azər­bay­canın şirin sularının faunası haqqında 16 məqalə dərc etdirmişdir.


Akademik 200-dən artıq elmi əsərinin əksəriyyətini Bakıda yazmış və çap etdirmişdir. A.N.Derjavinin rəhbərliyi altında 10-dan çox elmlər doktoru və fəlsəfə dok­toru dissertasiyası müdafiə edilmişdir.


Səmərəli elmi fəaliyyətinə görə alim Əməkdar elm xadimi fəxri adına layiq gö­rül­müş (1954), “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medal­larla təltif olunmuşdur.


Akademik Aleksandr Derjavin 1963-cü il sentyabr ayının 17-də vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page