Nobel mükafatı qazanmaq arzusunda olan azərbaycanlı gənc alim
- setm63
- 18 мая
- 1 мин. чтения
Gursel Abbas Azərbaycanın yeni nəsil alimlərindən biri olaraq, kimyəvi mühəndislik sahəsindəki tədqiqatları ilə diqqət çəkir. ABŞ-ın Wisconsin–Madison Universitetində fəlsəfə doktoru (PhD) tələbəsi olan G.Abbas elmi nailiyyətləri və Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyi ilə tanınır.

O, 2019-2023-cü illərdə Türkiyənin Hacettepe Universitetində Kimyəvi mühəndislik üzrə bakalavr dərəcəsi alıb. Bundan əlavə, Erasmus+ Təhsil Mobilliyi proqramı çərçivəsində 2021-ci ildə Polşanın Częstochowa Texnologiya Universitetində, 2021–2022-ci illərdə isə Vrotslav Elm və Texnologiya Universitetində təhsil alıb. “Teknofest 2023” - Türkiyədə keçirilən bu nüfuzlu texnologiya yarışmasında iştirak edərək Azərbaycanı təmsil edib.
Gursel Abbas-ın tədqiqatları kimyəvi mühəndislik sahəsində innovativ yanaşmalara fokuslanır. Onun əsas maraq sahələri arasında aşağıdakılar yer alır:
- Kimyəvi dövrəli yanma (Chemical Looping Combustion): Karbon emissiyalarını azaltmaq üçün təmiz enerji texnologiyaları.
- Ayrılma prosesləri (Separation Processes): Səmərəli və ekoloji cəhətdən təmiz kimyəvi proseslər.
- Tullantıların emalı (Waste Treatment): Ətraf mühitin mühafizəsi üçün tullantıların təkrar istifadəsi və utilizasiyası.
- Dayanıqlı enerji (Sustainable Energy): Gələcək nəsillər üçün ekoloji cəhətdən dayanıqlı enerji mənbələrinin inkişafı.
Abbas-ın tədqiqatları, xüsusilə tullantıların emalı ilə bağlı layihələri, lignit əsaslı enerji istehsalından daha səmərəli hesab edilir. Onun 14 elmi məqaləsi nüfuzlu jurnallarda dərc olunub.
Gənc yaşına baxmayaraq, Gursel Abbas bir sıra mühüm uğurlar əldə edib. Gursel Abbas-ın ən böyük məqsədlərindən biri Nobel mükafatı qazanmaqdır. Bu iddialı hədəf onun elmi tədqiqatlara olan bağlılığını və Azərbaycan elmini dünya səviyyəsində təmsil etmək istəyini əks etdirir.
Daha ətraflı videomaterialda:
Video: Belə Belə İşlər