top of page

Malayziyanın tanınmış alimi BMU-da tələbələrə master-klas keçib

  • setm63
  • 4 часа назад
  • 1 мин. чтения

Putra Malayziya Universitetinin (UPM) nüfuzlu alimi, mexaniki və istehsalat mühəndisliyi üzrə dünya səviyyəli tədqiqatçı, professor Mohd Khairol Anuar bin Mohd Ariffin Bakı Mühəndislik Universitetində (BMU) olub.

ree

Malayziyalı alim “Scopus” H-indeksi 22, “Google Scholar” H-indeksi 24, 200-dən çox beynəlxalq elmi nəşr və ASME, IEM, MySET kimi nüfuzlu mühəndislik təşkilatlarının üzvüdür. Onun tədqiqat sahələrinə istehsalat sistemlərinin optimallaşdırılması, CNC emalı, 3D çap texnologiyaları və proses modelləşdirilməsi daxildir.


Ziyarət çərçivəsində professor BMU-nun laboratoriyaları ilə tanış olub, universitetin müasir texnoloji imkanlarını yüksək qiymətləndirib. O, həmçinin Mühəndislik fakültəsində tələbələrə master-klas keçərək öz tədqiqat təcrübəsini və sahə üzrə innovativ yanaşmaları paylaşıb. Beynəlxalq səviyyədə tanınmış alim müasir istehsalat mühəndisliyində yeni həllər, sənayedə rəqəmsallaşma və məhsuldarlığın artırılması üzrə elmi nəticələrini tələbələrlə bölüşüb.


Professor tələbələrin yüksək hazırlıq səviyyəsini vurğulayaraq, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini ifadə edib. Master-klas tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

ree

UPM professoru ilə aparılan müzakirələr zamanı belə əməkdaşlıqların tələbələrin tədris və tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğun inkişafına əhəmiyyətli töhfə verdiyi vurğulanıb. Eyni zamanda, gələcək akademik əməkdaşlıq və birgə tədqiqat məsələlərinə toxunulub.


Qeyd edək ki, UPM dünya universitetləri arasında yüksək mövqeyə malikdir və hazırda QS World University Rankings siyahısında 134-cü yerdə qərarlaşıb.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page