top of page

Kosmik tədqiqatlar sahəsində Azərbaycanın görkəmli alimi

  • setm63
  • 4 мая
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Valeh Cəfər oğlu Quliyev

Valeh Cəfər oğlu Quliyev 1943-cü il dekabrın 26-da Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. Valeh Quliyev professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.


V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin Elmi şurasında “Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri” mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb.


Alim kosmonavtika, aviasiya sənayesi, elektrik texnikası, möhkəmlik mexanikası, termoelastiklik kimi istiqamətlərdə tədqiqatlar apararaq dünya elmində qalıcı izlər qoymağı bacarmışdır.


Alim Rusiya Federasiyasının Əməkdar Ali Məktəb İşçisi olmuş, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, K.E.Tsiolkovski adına Rusiya Kosmonavtika Akademiyasının həqiqi üzvü, Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü seçilmişdir.


2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib. Professor Valeh Quliyev SSRİ Nazirlər Sovetinin mükafatına, “Kosmik texnikanın əməkdar sınaqçısı” fəxri adına, “Kosmonovtika veteranı” fəxri adına, 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli “Vətənin müdafiəsi”nə görə orden və medallarına, “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” medalı, “Moskvanın 850 illiyi xatirəsinə” medalına, “S.P.Korolyov”, “M.V.Keldış” medallarına və digər mükafatlara layiq görülüb.


V.Quliyev 200-dən çox elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın müəllifidir. Onun redaktorluğu altında 40-dan çox elmi-metodoloji vəsait nəşr olunub. O, Rusiyada öz geniş riyaziyyat və məktəbini yaratmışdır. Onun rəhbərliyi ilə 20 fizika-riyaziyyat və texniki elmlər doktoru, həmçinin 36 elmlər namizədi hazırlanmışdır. 


Valeh Quliyev 5 yanvar 2018-ci ildə Moskva şəhərində qəfil ürək tutmasından vəfat etmişdir .

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page