top of page

Fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­­zə­di və elm­lər dok­to­ru el­mi də­rə­cə­si­ni al­mış ilk qa­dın alimimiz

  • setm63
  • 11 июн.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Bu­da­­qo­­va  Zə­ri­fə İs­ma­yıl qı­zı

ree

Bu­da­­qo­­va  Zə­ri­fə İs­ma­yıl qı­zı 28 ap­rel 1929-cu il­də İrə­van şə­hə­rin­də ana­dan ol­muş­dur. 1943-1945-ci il­lər­də Er­mə­nis­tan SSR Pe­da­­qo­ji Tex­ni­ku­mun­da təh­sil al­mış, 1945-ci il­də Er­mə­nis­tan SSR Döv­lət Pe­da­­qo­ji İns­ti­tu­nu­nun Azər­bay­can di­li və ədə­­biy­ya­tı fa­kül­tə­si­nə da­xil ol­muş­dur. 1948-ci il­­də ta­ri­xi Azər­bay­can tor­pa­ğı olan in­di­ki Er­­mə­­nis­tan əra­zi­sin­də­ki azər­bay­can­lı­­la­rın bö­­yük qis­­mi­nin de­por­ta­si­ya edil­­mə­si nə­ti­cə­sin­­də Z.Bu­da­­qo­­va ailə­si ilə bir­gə Ba­kı şə­hə­ri­nə köç­müş­dür.


1948-1949-cu il­lər­də Azər­bay­­can Döv­lət Pe­­da­qo­ji İns­ti­tu­tu­nun Azər­bay­can di­li və ədə­­biy­­ya­tı fa­kül­­tə­­sin­də təh­si­li­ni da­vam et­di­rə­rək ora­­nı fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş, 1949-1953-cü il­lər­də Mosk­va şə­­hə­­rin­­də keç­miş SSRİ Elm­­lər Aka­de­mi­ya­sının Dil­­çi­lik İns­­ti­tu­tu­nun Türk dil­lə­ri sek­to­­ru­nun as­pi­ran­­tu­­ra­­­sın­­da oxu­muş­dur.


1953-cü il­də “Azər­bay­can di­­lin­də fei­lin tərz ka­te­qo­­ri­ya­sı” möv­­zus­­un­da na­mi­zəd­lik, 1963-cü il­­də “Azər­­bay­­can ədə­­bi di­lin­­də sa­də cüm­lə” möv­­zu­­sun­da dok­­tor­­luq dis­ser­ta­si­­ya­la­rını mü­da­­fiə et­miş, 1968-ci il­­də pro­fes­­sor e­l­­mi adını­ al­mış­, 1980-ci il­də Azərbaycan SSR EA-nın müx­bir üz­vü se­çil­­miş­­dir.


Z.Bu­da­qo­va 1953-1955-ci il­lər­­də Azərbaycan SSR EA-nın Dil və Ədə­­biy­yat İns­­ti­tu­tun­da bö­yük el­mi iş­çi və­zi­­fə­­sin­də ça­­­lış­mış, 1955-ci il­dən öm­­rü­­nün so­nu­na qə­dər Dil­­­­çi­lik İns­ti­tu­tu­nun Mü­a­­sir Azər­bay­can di­li şö­bə­­si­nə rəh­bər­lik et­­miş­­dir. Dil­çi alim 1984-1988-ci il­lər­də Azərbaycan SSR EA-nın Nə­si­mi adı­­na Dil­çi­lik İns­­ti­­tu­­tu­nun di­rek­tor müa­vi­ni, 1988-1989-cu il­lər­də di­­­rek­­­to­ru və­zi­fə­sin­də ça­lış­­mış­dır.


O, azər­bay­can­lı qa­dın­lar ara­sın­da fi­lo­lo­gi­ya elm­lə­ri na­mi­­zə­di və elm­lər dok­to­ru el­mi də­rə­cə­si­ni al­mış ilk alim və Dil­çi­lik İns­ti­tu­tu­nun ilk qa­dın di­rek­­to­ru ol­muş­dur.


Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdir­mişdir.


100-dən ar­tıq el­mi əsə­rin mü­əl­li­fi olan ali­min “Azər­bay­can di­li­nin sin­tak­si­si”, “Azər­bay­can di­li­nin mor­fo­lo­gi­ya­sı”, “Müa­sir Azər­bay­can di­lin­də söz bir­ləş­mə­lə­ri”, “Müa­sir Azər­bay­can bə­dii di­li­nin üs­lu­biy­ya­tı”, “Azər­bay­can di­li­nin or­foq­ra­fi­ya qay­da­la­rı”, “Azər­bay­can di­li­nin dur­ğu işa­rə­lə­ri”, “Müa­sir Azər­bay­can ədə­bi di­lin­də sa­də cüm­lə”, rus di­lin­də ya­zıl­mış “Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı” (fo­ne­ti­ka, mor­fo­lo­gi­ya, sin­tak­sis) ki­tab­la­rı dil­çi­lik el­min­də mü­hüm el­mi əhə­miy­yə­tə ma­lik­dir.


AMEA-­nın müx­bir üz­vü Zə­ri­fə Bu­da­­qo­va 1989-cu ildə Ba­kı şə­hə­rin­də və­fat etmiş­dir.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page