top of page

Elmi nailiyyətləri Ru­si­ya, ABŞ, Çin kimi ölkələrdə tət­bi­q olunan alim

  • setm63
  • 11 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Pə­na­hov Qey­la­ni Min­hac oğ­lu

Pə­na­hov Qey­la­ni Min­hac oğ­lu 25 av­qust 1954-cü il­də Qu­sar ra­yo­nu­nun Ənix kən­­din­də ana­dan ol­muş­dur. 1976-cı il­də Azər­­bay­can Neft və Kim­ya İns­­ti­tu­tu­nun Neft və Mə­dən fa­kül­tə­si­ni dağ mü­­hən­­di­si ix­ti­sa­sı üz­rə bi­tir­miş­dir.


O, 1986-cı il­­də “Neft­çı­xar­ma­da tex­no­lo­ji pro­ses­lər­də ef­fek­tiv­li­yi ar­tı­rıl­maq məq­sə­di­lə is­tis­mar qu­yu məh­sul­la­rı­nın reo­fi­zi­ki xü­su­siy­yət­lə­ri­nin tən­zim­lən­mə­si” möv­zu­sun­da na­­mi­­zə­d­lik, 1996-cı il­­də “Tə­zə kom­po­zit sis­tem­lə­rin ya­ra­dıl­ma­sı və neft qaz­çı­xar­ma­da tət­bi­qi” möv­zu­sun­da dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, 2014-cü il­­də AMEA-nın müx­­bir üz­­vü se­­çil­­­miş­­dir.


Azər­­bay­­can Neft və Kim­­ya İns­­ti­­tu­­tun­­da ki­­çik el­mi iş­çi­dən baş­la­ya­raq baş el­mi iş­çi­yə ki­mi müx­tə­lif və­zi­fə­lər­də (1979-1988) ça­lış­mış­dır. 1996-2002-ci il­lər ər­­zin­­də AD­NA Nef­tin-qa­zın nəq­li və sax­lan­ma­sı, Neft ya­taq­la­rının iş­lən­mə­si və is­tis­ma­rı ka­fed­ra­la­rın­da pro­­fes­sor və­zi­fə­sin­də ça­lış­mış­dır. 2002-ci il­dən AMEA-nın Ri­ya­ziy­yat və Me­xa­ni­ka İns­­ti­tu­tu­nun Ma­ye, qaz və plas­tik­lik nə­zə­riy­yə­si şö­bə­­sin­də Ma­ye və qaz hə­rə­­kə­tin­də fi­zi­ki-me­xa­ni­ki pro­ses­lər la­bo­ra­to­ri­ya­sı­na, 2010-cu il­dən Ma­ye və qaz şö­bə­si­nə rəh­bər­lik edir. 1999-cu il­də Ru­si­ya Fe­de­ra­si­ya­sı İx­ti­ra­lar üz­rə Aka­de­mi­ya­sı­nın və 2003-cü il­dən Ru­si­ya Tə­bi­ət Elm­­lə­ri Aka­­de­mi­ya­sı­nın xa­ri­ci üz­vü se­çil­miş­dir.


Q.Pə­na­hov təd­qi­qat iş­lə­rin­də müx­tə­lif məh­lul­la­rın sü­zül­mə­si pro­se­­sin­­də hid­ro­di­na­mik mə­sə­lə­lər­də elekt­ro­ki­ne­tik ef­fekt­lə­rin nə­zə­rə alın­ma­sı­nın va­cib­­li­yi­ni gös­tər­miş, bir sı­ra öz­lü-elas­tik tər­kib­lər üçün tək­lif­lər ve­rə­rək bun­­la­rın əsa­sın­­da mü­vəf­fə­qiy­yət­lə tət­biq olu­nan sə­na­ye tex­no­lo­gi­ya­la­rı ya­rat­­mış­­dır. Bu tex­no­­lo­gi­­ya­lar ha­zır­da Azər­bay­can, Ru­si­ya Fede­rasiyası, ABŞ, Çin Xalq Res­pub­­li­ka­sı və Vyet­nam­da öz tət­bi­qi­ni tap­mış­dır. Mə­sa­mə­li mü­hit­lər­də sı­­xış­dır­ma pro­se­sin­də ya­ra­nan qey­ri-mün­tə­zəm­lik, ma­ye­lər­də, öz­lü­lük­lər­də və xü­su­si çə­ki­lər­də fərq­lər təd­­qiq olun­muş, on­la­rı tən­zim­­lə­mək üçün ye­ni ef­fek­tiv sə­na­ye tex­no­lo­gi­ya­la­rı tək­lif etmişdir.


Alim, həm­çi­nin ma­ye­lə­rin sərhəddində ya­ra­nan fluk­tua­si­ya­nın tən­zim­lən­mə­si­nin lo­kal təz­­yiq va­si­tə­silə müm­kün­lü­yü­nü gös­tər­miş və bu­nun üçün ye­ni tex­no­lo­ji həll tap­mış­dır. Neft ya­taq­la­rın­da sı­xış­dır­ma­da is­ti­fa­də olu­nan qey­ri-ta­raz­­lıq və ya ey­ni­fa­za­lı ha­lı tən­zim­lə­yən fa­za də­yiş­mə­si­nə na­il ol­muş və ün­­van­lı tə­sir üsu­­lu ha­zır­la­mış­dır. Axın və sü­zül­mə­lər­də ma­ye və qaz­lar­la mü­hi­tin tə­­ma­­­­sın­­da köç­­mə hal­la­rın­dan ya­ra­nan ad­sorb­si­ya, de­sorb­si­ya, kol­ma­­ta­­si­­­­ya, suf­fo­zi­ya, ion də­yi­şil­mə­lə­ri və s. mə­sə­lə­lər araş­dı­rıl­mış, neft­qaz çı­xar­ma üçün tən­­zim­­lən­mə pa­ra­metr­lə­ri ta­pılmış­dır.


Q.Pə­na­hov 207-dən ar­tıq el­mi işin mü­əl­li­fi­dir. Bun­la­rdan 56-sı Ru­si­ya Fe­de­­ra­si­­ya­­sı­nın və Azər­bay­can Res­pub­li­ka­sı­nın pa­ten­ti və 1-i ki­tab­dır. Onun rəh­bər­li­yi ilə 6 fəl­­sə­fə dok­to­ru ha­zır­lan­mış­dır.


Q.Pə­na­hov 9 qrant la­yi­hə­si­nə və bir çox tə­sər­rü­fat he­sab­lı mü­qa­vi­lə­lə­rə rəh­­bər­lik et­miş­dir. 1998-ci il­dən in­di­yədək “Transactions of ANAS – issue Mechanics”, “Azər­bay­can Neft Tə­sər­rü­fa­tı”, Вестник АН Респуб­лики Башкортостан (RF), Özbəkistan EA-nın “Проблемы механики” və “Baku Mathematical Journal” jur­­na­lları­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü­dür.


RTEA-nın V.İ.Ver­nads­ki adı­na gü­müş me­da­lı, RTEA-nın el­min və iq­ti­­sa­­diy­­ya­tın in­ki­şa­fın­da­kı nai­liy­yət­lə­rə gö­rə fəx­ri ni­şa­nı, “aka­de­mik Azad Mir­­zə­­­can­­za­­də adı­­na gü­­müş me­­dal”, Azər­bay­can-Baş­qır­dıs­tan el­mi-tex­ni­ki əla­qə­lə­ri­nin in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə Baş­qır­dıs­tan Elm­lər Aka­de­­mi­­ya­sı­nın dip­lo­mu və Azər­bay­can Res­pub­li­ka­sı “Neft və Sə­na­ye Uni­ve­r­­si­te­ti­nin-100 il­li­yi (1920-2020)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı ilə təl­tif olun­­muş­dur.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page