top of page

El­mi və hə­kim­lik fəa­liy­yə­ti ilə tibb elmini zənginləşdirən alim

  • setm63
  • 7 мар.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Aba­sov İs­ma­yıl Tey­mur oğ­lu

Aba­sov İs­ma­yıl Tey­mur oğ­lu 21 av­qust 1922-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­­dur. Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nu bi­tir­­miş­­dir (1943).


1954-cü il­də “Mə­də xər­çən­gin­də ane­mi­ya­la­rın pa­to­ge­ne­zi və kli­ni­ka­sı” möv­zu­sun­da tibb elm­lə­ri üz­­rə na­­mi­­zə­d­lik, 1966-cı il­də “On­ko­lo­ji kli­ni­ka­da həzm sis­te­mi or­qan­la­rı üz­rə bə­zi funk­sio­nal təd­qi­qat­la­rın əhə­miy­yə­ti” möv­zu­sun­da tibb elm­­lə­ri üz­rə dok­­to­r­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş, pro­fes­sor (1967) el­mi adı­nı al­mış, Azərbaycan SSR EA-nın müx­bir üz­vü (1989) se­çil­miş­dir.


İ.Aba­sov II Dün­ya mü­ha­ri­bə­si za­­ma­nı or­du sı­ra­la­­rın­da alay hə­ki­mi (1943-1946), Azər­bay­can Döv­lət Tibb İns­ti­tu­tu­nun Te­ra­pev­tik ka­fed­ra­­sında or­di­na­tor (1946-1950), pro­fes­sor (1967), ET Rent­ge­no­lo­gi­ya, Ra­dio­lo­gi­ya və On­ko­­lo­gi­ya İns­ti­tu­­tun­­da Te­ra­­pi­ya şö­bə­si­nin mü­di­ri (1949-1968), ET Qast­ro­en­­te­­ro­lo­gi­ya İns­ti­tu­­tun­­da Te­­ra­­pev­tik şö­bə­nin mü­di­ri (1988-2001), el­mi məs­lə­­hə­t­­çi (2001-2006) və­zi­fə­­lə­rin­də ça­lış­mış­dır.


İ.Aba­so­vun el­mi və hə­kim­lik fəa­liy­yə­ti çox­sa­hə­li ol­muş­dur. O, he­ma­to­­lo­gi­ya, on­ko­lo­gi­ya, qast­ro­en­te­ro­lo­gi­ya sa­hə­lə­rin­də bir sı­ra fun­da­men­tal təd­qi­­qat­lar apar­­mış və tibb el­mi­nə mü­hüm nə­ti­cə­lər ver­miş­dir. Mə­də xəs­tə­lik­­lə­ri­nin di­aq­nos­ti­ka­­sın­da mə­də şi­rə­sin­də sər­bəst amin tur­şu­la­rı­nın xro­mo­to­q­ra­fik ana­li­zi­ni, yo­ğun ba­ğır­sa­ğın xər­çən­gi və baş­qa pa­to­lo­gi­ya­la­rın di­aq­nos­­ti­ka­sın­da qə­lə­vi fos­fa­ta­za, en­te­ro­ki­na­za­nın müa­yi­nə­si­nin əhə­miy­yə­ti­ni, həm­­çi­nin mə­də­­al­tı və­zi, mə­də, qa­ra­­­­­ci­yər və öd yol­la­rı xəs­tə­lik­lə­rin­də mə­də­al­tı və­zi­nin xa­ri­ci sek­re­tor funk­si­ya­­sı­nı təd­qiq et­miş­dir. O, mə­də və onikibar­maq ba­ğır­saq xo­ra­sı­­nın mə­də­al­tı və­zi­nə keç­mə­si­nin la­bo­ra­tor di­aq­nos­ti­ka­sı me­to­­du­nun mü­əl­li­fi­dir. Alim ilk də­fə qa­raci­yə­­rin müx­tə­lif xəs­tə­lik­lə­rin­də brom­­sul­­fa­le­in va­si­tə­si­lə bu or­qa­nın eks­sek­re­tor funk­si­ya­sı­nı mü­əy­yən et­miş, Azər­­bay­can­da mə­də, öd ki­sə­­si və öd yol­la­rı, ba­ğır­­saq xəs­tə­lik­lə­ri­nin epi­de­mi­o­­lo­gi­ya­sı üz­rə təd­qi­qat­lar apar­­mış­dır.


İ.Aba­sov 300-dən ar­tıq el­mi əsə­rin, o cüm­lə­dən 15 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi ol­muş­dur. Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 6 fəlsəfə doktoru və 2 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.


Alim Ümu­mit­ti­faq Qast­ro­en­te­ro­loq­lar və Te­ra­pevt­lər Cə­miy­yə­ti­nin ida­rə he­yə­ti­nin (1976), SSRİ Tibb EA-nın Qast­ro­en­te­ro­lo­ji prob­lem­lər üz­­rə ko­mis­­si­ya­sı­nın (1980-2008), Res­pub­li­ka Sə­hiy­yə Na­zir­li­yi­nin El­mi tibb şu­ra­sı­­nın Rə­ya­sət He­yə­ti­nin (1968), Azər­bay­can Qast­ro­en­te­ro­loq­lar cə­miy­yə­ti­nin (1970-2008) üz­vü, Res­pub­li­ka Sə­hiy­yə Na­zir­li­yi­nin Baş qast­ro­en­­te­­ro­­lo­qu (1970) ol­muş­dur.


İ.Aba­sov I və II də­rə­cə­li “Və­tən mü­ha­­ri­­bə­si” (1944, 1945), “Qır­mı­zı ul­duz” (1946) or­den­­lə­ri, “Dö­yüş cə­sa­rə­ti­nə gö­rə” (1944), “Al­ma­ni­ya üzə­­rin­də 1941-1945-ci il­lər­də qə­lə­bə” (1945) və s. me­dal­lar­la təl­tif olun­muş, “Əmək­dar elm xa­di­mi” (1984) fəx­ri adına, Azər­bay­can SSR Döv­lət Mü­ka­fa­tı­na (1988) la­yiq gö­rül­müş­dür.


AMEA-nın müx­bir üz­vü İs­ma­yıl Aba­sov 2006-cı il­də Ba­kı şə­hə­rin­də və­fat et­miş­dir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page