top of page

Da­vam­lı ink­lü­ziv in­ki­şa­fın ida­rə edil­mə­si­nə da­ir dün­ya­da ilk dərs­lik­lə­rin mü­əl­li­fi

  • setm63
  • 16 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Ələk­bə­rov Ur­xan Ka­zım oğ­lu

Ələk­bə­rov Ur­xan Ka­zım oğ­lu 28 ap­rel 1943-cü il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. 1965-ci il­də Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin (indiki Bakı Dövlət Universiteti) Bio­lo­gi­ya fa­kül­tə­si­ni bi­tir­miş, SSRİ EA-nın Ümu­mi Ge­ne­ti­ka İns­ti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil ol­muş­dur.


U.Ələk­­bə­­rov 1968-ci il­də “Sər­bəst-ra­di­kal pro­ses­lə­rin in­hi­bi­tor­la­rı­nın ge­­ne­­tik ef­­fekt­­lə­­ri” möv­­zu­­sun­­da na­­mi­­zəd­­lik, 1978-ci il­­də “An­­ti­­mu­­ta­­gen­­lə­­rin si­­to­­ge­­ne­­tik tə­­si­­ri­­nin təd­­qi­­qi və on­­la­­rın prak­­tik tət­­bi­­qi­­nin iş­­lən­­mə­­si üsul­­la­­rı” möv­­zu­­sun­­da dok­­tor­­luq dis­­ser­­ta­­si­­ya­­la­­rı­­nı mü­­da­­fiə et­­miş, 1984-cü il­­­də pro­­­fes­­­sor el­­­mi adı­­­nı al­­­mış­­­dır. O, 1983-cü il­­də AMEA-nın müx­­­bir üz­­­vü, 1989-cu il­­­də hə­­­qi­­­qi üz­­­vü se­­çil­­miş­­­dir.


U.Ələk­­bə­­rov AMEA-nın Bo­ta­ni­ka İns­ti­tu­tun­da ki­çik el­mi iş­çi (1968), el­mi ka­tib və qrup rəh­bə­ri (1969-1972), el­mi iş­lər üz­rə di­rek­tor müa­vi­ni və la­bo­ra­to­ri­ya mü­di­ri (1972-1978), di­rek­tor əvə­zi və di­rek­tor (1978-1988), AMEA-nın vit­se-pre­zi­den­ti və Rə­ya­sət He­yə­ti­nin üz­vü (1987-1996), AMEA-nın Ge­­ne­­ti­­ka və Se­­lek­­si­­ya İns­­ti­­tu­­tu­­nun di­­rek­­to­­ru (1988-2002), BP şir­kə­ti tə­rə­fin­dən ida­rə edi­lən Azər­bay­can Bey­nəl­xalq Əmə­liy­yat Şir­kə­tin­də İn­san in­ki­şa­fı mər­kə­zi­nin me­ne­ce­ri (2002-2007), AMEA Rə­ya­sət He­yə­ti­nin mü­şa­vi­ri (2007-2011) və­­zi­­fə­­lə­­rin­­də ça­­lış­­mış­­dır. O, 2011-ci il­­dən Azərbaycan Respublikasının Pre­­zi­­den­­ti ya­­nın­­da Döv­­lət İda­­rə­­çi­­lik Aka­­de­­mi­­ya­­sı­­nın rek­­to­ru­­dur.


U.Ələk­bə­rov ge­­ne­­fon­­dun mü­ha­fi­zə­si me­xa­nizm­lə­ri, ət­raf mü­hi­tin tə­bii, iq­ti­sa­di, so­si­al və si­ya­si kom­po­nent­lər­dən iba­rət va­hid sis­tem ki­mi el­mi təh­li­li sa­hə­sin­də dün­ya­da ta­nın­mış alim və da­vam­lı ink­lü­ziv in­ki­şa­fın ida­rə edil­mə­si üz­rə eks­pert, “Ya­şıl tə­fək­kür” (de­moq­ra­fi­ya və is­teh­lak mə­də­niy­yə­ti) və “ya­şıl iq­ti­sa­diy­ya­t”a əsas­la­nan eko­lo­ji si­vi­li­za­si­ya kon­sep­si­ya­sı­nın (1989), “Ekoloji sivilizasiya indeksi”nin (2011) mü­əl­li­fi­dir.


U.Ələkbərov 1994-2003-ci illərdə BMT-də İn­san in­ki­şa­fı üz­rə la­yi­hə­nin rəh­bə­ri və ko­or­di­na­toru, 2002-ci il­dən BMT və BP şir­kə­ti­nin bir­gə la­yi­hə­si olan özəl sek­tor­da dün­ya­da ilk in­san in­ki­şa­fı mər­kə­zi­nin təş­ki­lat­çı­sı və rəh­bə­ri ki­mi fəa­liy­yət gös­tər­miş­dir. 1985-ci il­dən BMT-nin bir çox qu­rum­la­rı, o cüm­lə­dən U­NES­CO, U­Nİ­SEF və BMTİP-in proq­ram­la­rı­nın öl­kə­də və bir sı­ra xa­ri­ci döv­lət­lər­də re­al­laş­ma­sın­da ya­xın­dan iş­ti­rak və rəh­bər­lik et­miş­dir. O, müx­tə­lif öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən bey­nəl­xalq və rəh­bər ko­mi­tələrin və şu­ra­la­rın, el­mi jur­nal­lar­da re­dak­si­ya he­yət­lə­ri­nin rəh­bə­ri və üz­vü­dür.


Alim BMT, Dün­ya Ban­kı, Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kın­da, həm­çi­nin ABŞ, İs­veç, Ru­si­ya, Tür­ki­yə, Al­ma­ni­ya, İs­ra­il, Ya­po­ni­ya, Çin və İta­li­ya­nın uni­ver­si­tet­lə­rin­də da­vam­lı in­ki­şaf və eko­lo­ji si­vi­li­za­si­ya­nın idarə edilməsinə da­ir mü­ha­zi­rə­lər­lə çı­xış et­miş və se­mi­nar­lar apar­mış­dır. O, UNES­CO-nun “İn­san və Bi­os­fer” Proq­ra­mı üz­rə Bey­nəl­xalq Əla­qə­lər şu­ra­sı­nın üz­vü, 2004-cü il­dən bu təş­ki­la­tın mü­şa­viri­dir. Alim Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kı­nın Pre­zi­den­ti ya­nın­da fəa­liy­yət gös­tə­rən məş­və­rət şu­ra­sın­da da­vam­lı in­ki­şaf üz­rə eks­pert ki­mi ça­lış­mış­dır (2000-2011).


U.Ələk­bə­rov 370-dən çox elmi əsə­rin, o cümlədən 34 ki­ta­bın, or­ta və ali mək­təb­lər üçün da­vam­lı ink­lü­ziv in­ki­şa­fın ida­rə edil­mə­si­nə da­ir dün­ya­da ilk dərs­lik­lə­rin mü­əl­li­fi­dir. Kitablarından ikisi Amazon platforması tərəfindən beynəlxalq səviyyədə yayımlanır. U.Ələkbərovun əsərlərinə istinadlar və onlardan sitatlar bir çox beynəlxalq mənbələrdə, o cümlədən “Beynəlxalq lider və seçilmişlərin deyimləri” bölmələrində dərc olunur, alim özü isə “inkişaf üzrə ekspert” kimi təqdim edilir.


Ali­min el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 26 fəl­sə­fə və 4 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.


U.Ələk­bə­rov Azər­bay­can KP MK-nın “Le­nin Kom­so­mo­lu” mü­ka­fa­­tı­na la­yiq gö­rül­müş (1974), “Şə­rəf ni­şa­nı” (1986), Azər­bay­can Res­pub­li­ka­sı­nın “Şöh­rət” (2014) və “Şərəf” (2023) or­den­lə­ri, “Əmək­də fərq­lən­mə­yə gö­rə” me­da­lı (1980) ilə təl­tif edil­miş­dir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page