top of page

BMU tələbələri Dünya Robot Olimpiadası ilə bağlı məlumatlandırılıb

  • setm63
  • 22 мая
  • 1 мин. чтения

Bakı Mühəndislik Universitetində (BMU) Dünya Robot Olimpiadasına dair tələbələr üçün məlumat sessiyası keçirilib.

Öncə BMU Texnoparkının direktoru Vüsal Süleymanlı çıxış edərək Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası, Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə bu ilin 18-22 sentyabr tarixlərində adıçəkilən olimpiadanın Azərbaycan üzrə seçmə mərhələsinin keçiriləcəyini bildirib və infosessiyanın bu baxımdan tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.  

Sonra AREA-nın koordinatoru Fədayə Vəliyeva olimpiada haqqında tələbələrə ətraflı məlumat verib. Təqdimatda olimpiadanın hər il dünyada, eləcə də ölkəmizdə keçirilən qlobal robotexnika yarışması olduğu bildirilib. Habelə  Azərbaycanın 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul olunması, yeniyetmə və gənclərin yarışmanın yerli mərhələsində  uğurlar qazanaraq dünya finallarında ölkəmizi layiqincə təmsil etməsi önə çəkilib. Eyni zamanda gənclərin İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyan olimpiadanın digər mühüm üstünlükləri vurğulanıb.  

Dünya Robot Olimpiadasının builki finalının 26-28 noyabr tarixlərində Sinqapurda keçiriləcəyini deyən AREA təmsilçisi Azərbaycanda VIII Robot Olimpiadasına qeydiyyat prosesi, şərtlər və s. məqamlar haqqında zəruri informasiyaları da iştirakçıların nəzərinə çatdırıb.

Tədbir zamanı, həmçinin olimpiada ilə ətraflı tanış olmaq və yarışa qatılmaq istəyənlərə link (https://wro.az/qeydiyyat2025)  təqdim edilib.


Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page