top of page

Azərbaycanın tanınmış bioloq alimi

  • setm63
  • 13 янв.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Əli­-za­­də Va­­li­­də Möv­­süm qı­­zı

Əli­-za­­də Va­­li­­də Möv­­süm qı­­zı 31 yan­­var 1946-cı il­­də Ba­­kı şə­­hə­­rin­­də ana­­dan ol­­muş­­dur. 1968-ci il­də Azər­­bay­­can Döv­­lət Uni­­ver­­si­­te­­ti­­nin (indiki Bakı Dövlət Universiteti) Bi­o­­lo­­gi­­ya fa­­kül­­tə­­si­­ni bi­­tir­­miş­ və hə­min il AEA-nın Bo­ta­ni­ka İns­ti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na da­xil ol­muş­dur. 1969-1971-ci il­lər­də SSRİ EA-nın Bit­ki Fi­zio­lo­gi­ya­sı İns­ti­tu­tu­na ezam edil­miş­dir.


1974-cü il­də “Gü­nə­ba­xa­nın kök sis­te­min­də şi­rə if­ra­zı za­ma­nı ke­çi­ci pro­ses­lər” möv­zu­sun­da na­mi­zəd­lik, 1994-cü il­də “Bit­ki kök­lə­rin­də ka­li­um nəq­li­nin hə­rə­kət­ve­ri­ci qüv­və­lə­ri­nin ion və hor­mo­nal tən­zim­lən­mə­si” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə et­miş­dir. 1980-ci il­­də baş el­­mi iş­­çi, 2012-ci il­­də pro­­fes­­sor el­­mi ad­­la­­rı­­nı al­­mış, 2014-cü il­­də AMEA-nın müx­­bir üz­­vü, 2017-ci il­­də hə­­qi­­qi üz­­vü se­­çil­­miş­­dir.


V.Əli-za­də 1971-2021-ci illərdə AMEA-nın Bo­ta­ni­ka İns­ti­tu­tun­da baş la­bo­rantdan direktor vəzifəsinə kimi yüksəlmiş, eyni zamanda 2016-2018-ci illərdə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru səlahiyyətlərini icra etmişdir. 2022-ci ildə AMEA-nın Elm Tarixi İnstitutunun baş elmi işçisi olmuşdur. Həmin ildən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Təbiət Tarixi Muzeyinin baş elmi işçisidir.


V.Əli-za­­də tə­­rə­­fin­­dən bitkilərin tə­ka­mü­lü, eko­lo­gi­ya­sı, ət­­raf mü­­hi­­tin çirk­­lən­­mə­­si şə­­ra­i­­tin­­də for­­ma­­­laş­­­ma­­sı, da­­vam­­lı­­lı­­ğı­­nın hü­­cey­­rə və mo­­le­­kul­­yar me­­xa­­nizm­­lə­­ri­­nin araş­­dı­­rıl­­ma­­sı, bi­o­­müx­­­tə­­lif­­li­­yin qo­­run­­ma­­sı və da­­vam­­lı in­­ki­­şa­­fı is­­ti­­qa­­mət­­lə­­rin­­də əhə­­miy­­yət­­li nə­­ti­­cə­­­lər əl­­də edil­­miş­­dir. Azər­bay­can Res­pub­li­ka­sı­nın “Qır­mı­zı Kita­bı”nın II nəş­ri­nin mə­sul re­dak­to­ru (2013) və III nəş­ri­nin (2023) re­dak­si­ya he­yə­ti­nin üz­vü və tər­tib­çi­lə­rin­dən bi­ri ol­muş­dur. Alim həm­­çi­­nin “Qaf­­qa­­zın en­­dem bit­­ki­­lə­­ri­­nin Qır­­mı­­zı Si­­ya­­hı­­sı” mo­­noq­­ra­­­fi­­ya­sı (ABŞ, 2014), “Qaf­­qa­­zın et­­no­­bo­­­ta­­ni­­ka­­sı” en­­sik­­lo­­pe­­di­­ya­­sı (2017), “Bö­­yük Qaf­­qa­­zın bit­­ki­­lə­­ri” (2018) ki­­mi fun­­da­­men­­tal əsər­­lə­­rin həm­­mü­­əl­­li­­fi­­dir. O, bir sı­­ra mü­­hüm bey­­nəl­­xalq la­­yi­­hə­­lə­­rin Azər­­bay­­can üz­­rə ko­­or­­di­­na­­to­­ru və iş­­ti­­rak­­çı­­sı ol­­muş­dur.


V.Əli-za­də 272 el­mi əsə­rin, o cüm­lə­dən 2 mo­noq­ra­fi­ya, 7 ki­tab fəs­li, 2 ix­ti­ra­nın mü­əl­li­fi, 1 kitabın həmmüəllifidir. Onun el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 6 fəl­sə­fə və 1 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır.


V.Əli-za­də 1995-ci ildən AMEA-nın Botanika İnstitutunun Elmi şura­sının üz­vü, 2010-2021-ci il­lər­də səd­­ri, 1994-cü il­­dən Bo­­ta­­ni­­ka İns­­ti­­tu­­tu nəz­­din­­də fə­a­­liy­­yət gös­­tə­­rən Dok­­tor­­luq Dis­­ser­­ta­­si­­ya şu­­ra­­sı­­nın üz­­vü, 2010-2021-ci il­lər­də səd­­ri olmuşdur. 2017-2021-ci il­lər­də AMEA-nın Elm Ta­ri­xi İns­ti­tu­tu El­mi şu­ra­sı­nın üz­vü kimi fəaliyyət göstərmişdir. 2023-cü il­dən AR ETN-nin Ge­ne­tik Eh­ti­yat­lar İns­ti­tu­tun­da FD 1.37 Dis­ser­ta­si­ya şu­ra­sı­nın üz­vü­dür. Azərbaycan Respublikasının Pre­­zi­­den­­ti ya­­nın­­da Ali Attestasiya Komissiyasının Eks­­pert şu­­ra­­sı­­nın üz­­vü (1997-2002) ol­­muş­­dur.


AMEA-nın “Hə­yat elm­lə­ri və bio­tibb” jur­na­lı­nın re­dak­si­ya he­yə­ti­nin üz­vü, Bo­ta­ni­ka İns­ti­tu­tunun “Plant and Fun­gi Re­se­arch” və “Azerbaijan Journal of Botany” jur­na­lları­nın, 2011-2020-ci illərdə nəşr olunan “Botanical World” məlumat bülleteninin baş redaktoru olmuş­dur. 2022-ci ildən AMEA-da nəşr olunan “Science of History and Science of Science” beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.


1996-cı il­dən Azər­bay­can və Ru­si­ya Bo­ta­ni­ka və Bit­ki Fi­zio­loq­la­rı cə­miy­yət­lə­ri­nin, 2002-ci il­dən Av­ro­pa Bit­ki Fi­zio­loq­la­rı Cə­miy­yə­ti­nin üz­vü, U­NES­CO ya­nın­da Bi­oe­ti­ka, el­mi bi­lik­lə­rin və tex­no­lo­gi­yaların eti­ka­sı üz­rə Mil­li Ko­mi­tə­nin üz­vü­ (2009-2013), Av­ro­pa və Mər­kə­zi Asi­ya üçün Bio­müx­tə­lif­lik və Eko­sis­tem üz­rə Hö­kü­mət­lə­ra­ra­sı Plat­for­ma­­nın (İP­BES) apa­rı­cı eks­per­ti­ (2015-2017), Azər­bay­can Bo­ta­nik­lər Cə­miy­yə­tinin pre­zi­den­ti (2019-2021) olmuşdur.


V.Əli-za­də Bey­nəl­xalq Elm Fon­du­nun mü­ka­fa­tı (1993), AMEA-nın Fəx­­ri fər­­man­­la­­rı (2005, 2011, 2016, 2021), Azər­­bay­­can Res­­pub­­li­­ka­­sı­­nın “Şöh­­rət” or­­de­­ni (2015), “Ba­­kı Döv­­lət Uni­­ver­­si­­te­­ti­­nin 100 il­­lik yu­­bi­­ley me­­da­­lı” (2019), “Hey­dər Əli­ye­vin 100 il­li­yi (1923-2023)” Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı (2024) ilə təl­­tif edil­­miş­­dir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page