top of page

Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr vermiş alim

  • setm63
  • 2 мар.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Rasim Səməd oğlu Əfəndiyev

Rasim Səməd oğlu Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində ana­dan olmuşdur. R.Əfəndiyev 1950-ci ildən Azər­bay­can Dövlət Rəssamlıq məktə­bində təhsil al­mağa başlamış, 1955-ci ildə Sankt-Pe­terburqda Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın Sə­nət­şü­nas­lıq fa­kültəsini bitirmiş, 1961-ci ildə na­mi­zəd­­lik, 1972-ci ildə doktorluq dis­ser­ta­si­ya­la­rı­nı müdafiə etmiş, 1993-cü ildə professor elmi adı­nı almışdır. 1989-cu ildə Azərbaycan Milli Elm­lər Aka­de­mi­yasına müxbir üzv, 2001-ci il­də isə həqiqi üzv seçilmişdir.


O, 1964-cü ilə qədər Azərbaycan Dövlət İn­cəsənət Muzeyində Azərbaycan və Şərq in­cə­­sə­nə­ti şöbəsi­nin müdiri vəzifəsində ça­lış­mış­dır. 1965-ci ildən Azərbaycan SSR EA Me­marlıq və İn­cə­­sənət İns­ti­tu­tunda əmək fəaliyyətini da­vam et­dirən R.Əfən­diyev ins­titutun direktoru və­zi­fə­sinədək yüksəl­miş­dir. O, 1996-2010-cu il­lər­də institutun direk­to­ru vəzifəsində ça­lış­mış­dır.


Akademik R.Əfəndiyev 230 əsə­rin, o cüm­lədən 30 kitabın müəllifi idi. O, “Azər­bay­can maddi mədəniyyəti”, “Azər­baycanın bə­dii sənət­kar­­lığı dün­ya mu­zeylərində”, “Azər­­baycanın bə­zək sənəti”, “Azərbaycanın de­korativ-tət­biqi sə­nətləri”, “Azərbaycan in­cə­­sə­nə­ti”, “Azərbaycan in­cəsənəti dünya mu­­zeylə­rin­də” və başqa mono­qra­­fi­ya­la­rı ilə Azər­­baycan incəsənətinin tarixi inkişaf mən­zə­rəsini yaratmış, de­ko­ra­tiv-tətbiqi sə­nə­tin prak­tiki olaraq bütün növlərini aşkarlayaraq elm aləminə tanıtmışdır.


Akademik R.Əfədiyevin əsas təd­qi­qat is­­ti­qaməti qədim dövrdən baş­la­ya­raq XIX əs­rin əvvəli də daxil ol­maq­la Azərbaycanın təs­vi­ri və deko­ra­tiv-tət­biqi sən­əti­nin elmi prob­lem­­lə­ri­nə həsr olunmuşdur. Alimin təd­qi­qat­la­rı nəticəsində aşkarlanmış xalça, bə­dii parça, bə­dii metal məmulatları və ke­ramika kimi bə­dii yaradıcılıq abi­də­lə­ri sənətşünaslıq elminin ta­rixini zən­gin­ləşdirmişdir.


Akademik R.Əfəndiyev bir sıra bey­nəl­xalq kon­frans və simpoziumlarda Azərbaycan sə­nət­şü­nas­lığını uğurla təmsil etmişdir. O, Ba­kı İn­cə­sə­nət Mər­kəzi, Azərbaycan Dövlət İn­cə­­sə­nət Muzeyi, Xal­ça Muzeyi və s. təş­ki­lat­la­rın elmi və bədii şu­ra­la­rının sədri, Azər­­baycan Rəssamlar Bir­li­yi­nin üzvü, Bey­nəl­xalq kitab sərgisinin lau­reatı olmuş, 1992-ci ildən Bey­nəlxalq Şərq Rəssamlıq Aka­de­mi­yasının aka­demik-katibi vəzifəsini icra etmişdir.


Onun rəhbərliyi altında 16 gənc alim dok­­tor­luq və namizədlik dissertasiyası mü­da­fiə etmişdir.

Akademik R.Əfəndiyev keçmiş SSRİ Rəs­­sam­lar İttifaqının, Rusiya Rəssamlıq Aka­de­­mi­ya­sı­nın, Azərbaycan Respublikası Mə­də­niy­yət Na­zir­­­li­yi­nin diplom və mükafatlarına, elə­cə də “Sol­tan Məhəmməd” adına Bey­nəl­xalq mükafata layiq gö­rülmüş, Azərbaycan Res­publikasının “Şöhrət” or­deni ilə təltif edil­miş­dir.


Akademik Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat etmişdir.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page