top of page

Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

  • setm63
  • 18 мая
  • 1 мин. чтения

10-16 may tarixlərində ABŞ-ın Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.

 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, yarışmada sistem proqram təminatı (“Systems Software”) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.

Qeyd edək ki, artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar.

 

Bildirilib ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (“Regeneron ISEF”) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.

Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page