top of page

Adı “Dünyanın ən nüfuzlu alimləri” siyahısında yer alan həmyerlimiz

  • setm63
  • 5 окт.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Abdulla Heydər oğlu Sofiyev

ree

Abdulla Heydər oğlu Sofiyev 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültəsini bitirib. 1985–1996-cı illərdə Azərbaycan Texniki Universitetinin “Nəzəri mexanika” kafedrasında aspirant, assistent, baş müəllim və dosent vəzifələrində çalışıb.

 

1996–2001-ci illərdə Türkiyənin Ondokuz Mayıs Universitetində, 2001–2005-ci illərdə isə Süleyman Dəmirəl Universitetində inşaat mühəndisliyi bölümü, mexanika kafedrasında dosent vəzifəsində işləyib.

 

Abdulla Sofiyev 2019-2024-cü illərdə Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. “Elsevier” nəşriyyatının dəstəyi ilə aparılan bu araşdırmalarda o, həm “Karyeraya təsir”, həm də “İllik təsir” kateqoriyalarında dünyanın 2 faizlik ən nüfuzlu alimləri sırasında göstərilib.


Bu göstərici professorun yalnız fərdi nailiyyətlərini deyil, həm də Azərbaycan elminin qlobal elm məkanında mövqeyini nümayiş etdirir. Onun araşdırmaları əsasən nanokompozit və funksional dərəcələndirilmiş materiallardan hazırlanan çoxqatlı konstruksiyaların qeyri-xətti rəqsləri, dayanıqlıq və sabitlik problemlərinə həsr olunub.


O, 300-dən artıq fundamental elmi məqalənin müəllifidir. Məqalələrinin 200-ə qədəri beynəlxalq nüfuzlu (SCI) jurnallarda dərc olunub. Araşdırmaları mühəndislik, nanomateriallar, kompozitlər, tətbiqi riyaziyyat və fizika sahələrini əhatə edir.

 

O, həmçinin bir sıra mötəbər elmi jurnalların, o cümlədən Tətbiqi mexanika və Kompozit strukturlar jurnallarının redaksiya heyətinin üzvüdür. 16 magistr və 5 elmlər doktoru yetişdirib.

 

Abdulla Sofiyev Türkiyənin müxtəlif universitetlərində, Almaniyanın Karlsruhe Universitetinin Texniki Mexanika İnstitutunun layihələrində, həmçinin TUBİTAK və NATO dəstəkli elmi proqramlarda iştirak edib.


“Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”undan 100 dan çox  mükafat almışdır. 2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüştür. 2014-cü ildǝ mötǝbǝr Beynǝlxalg Jurnalların (SCI) ǝn yaxşı 10 openenti arasında yer almışdır.


Tətbiqi mexanika və kompozit konstruksiyalar sahəsində tanınmış alim Abdulla Sofiyev hazırda İstanbul Ticarət Universitetinin professorudur. Bununla yanaşı, o, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə də sıx elmi əməkdaşlıq edir. A.Sofiyev son illərdə hər iki ali məktəbdə apardığı fundamental və tətbiqi tədqiqatlarla bu ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun yüksəlməsinə, elmi-innovativ potensialının güclənməsinə və Azərbaycan–Türkiyə akademik əlaqələrinin daha da inkişafına mühüm töhfələr verib.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page