top of page

ABŞ-ın nüfuzlu Radford Universitetində ölkəmizi təmsil edən həmyerlimiz

  • setm63
  • 7 авг.
  • 2 мин. чтения

Strateji Elmi Tədqiqatlar Mərkəzi “Görkəmli alimlər” rubrikası çərçivəsində xalqımızın yetişdirdiyi alimlərimizin həyatı, elmi və təşkilati fəaliyyətini ictimaiyyətə təqdim edir.


Əqidə G. Manizadə

ree

Əqidə G. Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib.


Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-ın Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur.


Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib.


“Virginia Mathematics Teacher” jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb.


2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb.


35 elmi məqalənin müəllifidir. Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.


Əqidə Manizadə həm də ali təhsildə qadın liderləri gücləndirən nüfuzlu proqram olan 2022 HERS Liderlik İnstitutunun fəxri məzunudur.


O, “Görkəmli professor” fəxri adı təltif edilib, Radford Universitetində professor təqaüdünə (2013), “Milyonçuların dairəsi” (2014), “Əməkdar yaradıcı-tədqiqatçı” (2017) və “Dalton görkəmli alim” (2019) mükafatlarına layiq görülüb.


2019-cu ildə Virciniya Təhsil Şurası tərəfindən o, “Fəxri professor” adına layiq görülüb ki, bu da Virciniyanın özəl və dövlət universitetlərində müəllim heyətinə verilən ən yüksək mükafatdır.


Həcmi 3 milyon dollara çatan bir çox qrant layihələrinin qalibidir.


“Ali təhsildə 18 ildən artıq təcrübəmlə mən Radford Universitetində magistratura təhsilinin və tədqiqatın keyfiyyətini və təsirini inkişaf etdirməyə çalışan sadiq bir liderəm. Riyaziyyat və Statistika Departamentinin Lisansüstü İşlər üzrə Müvəqqəti Provost Köməkçisi və Tam Professoru kimi mən 28-dən çox magistratura proqramının akademik və inzibati əməliyyatlarına nəzarət edir, fakültə və tələbələrin peşəkar inkişafını və uğurlarını dəstəkləyirəm”, - deyə o qeyd edir.

 
 
Strateji Elmi Tədqiqatlar Mərkəzi
SETM – elmi tədqiqatların və təcrübi-konstruktor işlərinin aparılması, müdafiə və mülki təyinatlı süni intellekt əsaslı idarəetmə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış yüksək texnologiyaların beyin Mərkəzidir.
Sürətli keçid
Əlaqə
  • +994 51 596 26 76
Müəllif hüquqları qorunur 2024 ©
SETM.TECH
bottom of page